Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda bağça müdiri COVID-19-a yoluxan işçilərini işə çıxarır? - AÇIQLAMA

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 117 saylı bağçanın müdiri Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozması barədə iddialar səsləndirilib.

"RegionTV.info xəbər verir ki, məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsi sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxduğunu təsdiqləyib:

“Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup iki həftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub”.

İdarədən qeyd edilib ki, bağçanın direktoru Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də