
"RegionTV.info" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.
