Bərdə rayonunda qonşular arasında xoşagəlməz hadisə baş verib.
"RegionTV.info" xəbər verir ki, 1981-ci il təvəllüdlü N.Əliyeva (şərti) evə gələrkən qonşusu 10 yaşlı Rafiqin (şərti) onun 2 yaşlı qızına qarşı seksual hərəkətlər etdiyini gördüyünü deyib.
Bundan sonra qadın Rafiqi döyüb. Ardınca uşağın cinsi orqanının bir hissəsini kəsərək həyətə atıb.
İddiaya görə, N.Əliyeva bu hərəkəti edərkən sərxoş vəziyyətdə olub.
Hazırda 10 yaşlı Rafiqin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Xəbəri paylaş