"RegionTV.info"
Tovuz sakinləri rayonun axundu Hacı Nərimandan narazılıq edirlər. REPORTYOR.info xəbər verir ki, sakinlərin narazılığı dəfn xərclərinin baha olması ilə bağlıdır. “Meyiti yuyub kəfənləmək 80 manatdır. Əlavə olaraq da 30 manat maşın pulu tələb olunur. Rayon yeridir, əhalinin çoxu işləmir, imkanları aşağıdır. Amma bu, axundu maraqlandırmır”, – deyə sakinlər bildirir.
Sakinlərin iddiasına görə, axund məscidi faktiki olaraq şəxsi təsərrüfatı kimi istifadə edir. “Bu qiymətləri onun özü müəyyənləşdirib. Yəni, burada hansısa qanuna istinad olunmayıb. Ümumiyyətlə, bu məsələlər qanunla tənzimlənmir. Ona görə də Hacı Nəriman kimi axundlar bundan sui-istifadə edir”, – sakinlər deyib.
Xəbəri paylaş