İspaniyada bir qəssabxanada işçilərin quzulara qarşı etdiyi vəhşilik böyük reaksiyaya səbəb olub.
Toledo şəhərində yerləşən qəssabxanada işçilərin quzuları təpiklə və ağacla vurduğu görüntülər mobil telefon kameraları ilə qeydə alınıb.
Görüntülərin sosial mediada yayımlanmasından sonra ölkədəki heyvan hüquqları dərnəyi "NGO Equalia" hərəkətə keçib.
Sözügedən dərnək İspaniyalı səlahiyyətlilərdən qəssabxanadakı işçilər haqqında istintaq başladılmasını tələb edib.
Kamran