Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
"RegionTV.info"nun məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini ata və oğlunu bıçaqlayıb. Bıçaqlananlardan Əliyev Cabir Saleh oğlu ölüb, onun oğlu Əliyev Ceyhun isə yaralı halda xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş