"Ramazanda yuxu və qidalanma rejiminin dəyişməsi immun sistemində stabilliyin pozulmasına səbəb ola bilər. Bu səbədən şəkər, ürək-damar problemi olan, xronik qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin oruc tutması tibbi olaraq məsləhət görülmür".
"RegionTV.info" xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib.
O bildirib ki, xroniki xəstəliyi olduğu halda oruc tutan şəxslərdə xəstəliklərin ağırlaşması müşahidə edilib.
F. Sədirov onu da qeyd edib ki, iftar süflərində insanların toplaşması epidemioloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər:
“Ramaz ayında iftar süfrələrində insanların sıx toplaşması müşahidə olunacaq. Bu, yoluxma riskinin 4-5 qat artmasına səbəb ola bilər. Bu səbəbdən mümkün olduğu qədər iftarda sıx toplaşmamaq faydalıdır. Əks halda vəziyyətə nəzarət etmək çox çətin olacaq. Bu gün yoluxma göstəriciləri yüksək tendesiya ilə davam edir.
Xəbəri paylaş