Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə! - VİDEO

"RegionTV.info"
Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanıb. Magistralın 16-cı km-dən başlayaraq 30-cu km-ə, yəni Sumqayıta qədər olan hissədə yenidənqurma işləri aparılır və yeni asfalt qatı vurulur.

Bbəzi hissələrdə yol yatağın yararsız qruntu da qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılıb. Məhdudlaşdırma tətbiq edilən ərazilərdə yol nişanları qoyulub.

Bakı-Sumqayıt yolunun əks istiqamətində isə Sumqayıtdan başlayaraq 16-cı km-liyə qədər olan hissədə aparılan əsaslı yenidənqurma işləri başa çatıb.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, tərtib olunan qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də