
"RegionTV.info" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Lukaşenko daha sonra fikrinə belə davam edib:
- Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.
Prezident İlham Əliyev: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.
Prezident Aleksandr Lukaşenko: Bunu bilirik, bu, onun başucalığıdır.
Prezident İlham Əliyev: Bakıda oxuyub.
Prezident Aleksandr Lukaşenko: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.