
"RegionTV.info"nun məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
1975-ci il təvəllüdlü Aslanov Zaur Sahib oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.