
"RegionTV.info" xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.
Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.