Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saatlıda əməliyyat keçirildi

Saatlı rayon sakinindən odlu silahlar götürülüb.
 

"RegionTV.info"  xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.
 
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də