Cənab Prezident İlham Əliyev hər zaman bu məsələlərə humanist yanaşır. Tofiq Yaqublunun həbsdən evə buraxılması sevindiricidir. Bir daha xahiş edirəm ki, Tofiq Yaqublunun cinayət işinə birdəfəlik xitam verilsin.
Bu sözləri Axar.az-a Milli Məclisin deputatı Vahid Əhmədov Tofiq Yaqublunun həbsdən azad edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili deyib ki, Qarabağ qazisi, jurnalist Tofiq Yaqublu Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınmış bir insandır:
“Hesab edirəm ki, Tofiq Yaqublunu birdəfəlik azadlığa buraxmaq lazımdır. Çünki Azərbaycan ictimai həyatında hörmət bəslənən, vətənpərvər bir insandır. Həmçinin Qarabağ qazisidir. Hesab edirəm ki, Tofiq Yaqubluya 4 il 3 ay həbs verilməsi həddən artıq ağır cəzadır. Onun azad edilməsi ilə bağlı müraciətlər çoxdur. Nəhayət ki, o, hələlik ev dustaqlığına buraxıldı. Ümid edirəm ki, tezliklə tam şəkildə azadlığa buraxılacaq”.