Ermənistan prezidenti Armen Sarksyan sabah Gürcüstana rəsmi səfər edəcək.
"RegionTV.info" xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administasiyasından bildirilib.
Məlumata əsasən, A.Sarqsyan gürcü həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək. Dövlət başçıları daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Ermənistan prezidentinin səfər çərçivəsində parlament sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılıb.
Xəbəri paylaş