"Fiziki sağlamlıq və immunitetin möhkəmlənməsi, sağlamlığın rəhni olan aktiv hərəkəti özündə ehtiva edən idman zallarında məşqlərin bərpası nəzəri cəhətdən mümkündür. Ancaq praktiki cəhətdən problemlər var".
"RegionTV.info" xəbər verir ki, bu sözləri "ARB24"ə açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov bildirib.
"Hazırda belə bir dilemma mövcuddur ki, milli komandanın məşqləri prosesi ciddi prosedurları qorumaq şərti altında aparılır. Ancaq təəssüflər olsun ki, idman zallarında buna riayət etmək çətin olur. Kimsə buna riayət edəcək, kimsə yox.
Azərbaycanda yüksək səviyyəli standartlara cavab verən çoxlu sayda idman zalları və məşq meydançaları mövcuddur. Eyni zamanda şəraiti zəif olan və zirzəmi şəraitində fəaliyyət göstərən idman zallarımız da var. Bunu unutmamalıyıq. Həmin zallar qapalı və havasız olur", - deyə deputat əlavə edib.
Xəbəri paylaş