
"RegionTV.info"nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.
Qeyd olunub ki, Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammının yayılma coğrafiyası 82 dövlətə qədər genişlənib, ilk olaraq Braziliya və Yaponiyada aşkarlanmış P. 1 ştammı isə hazırda 52 ölkədə dövr edir.
ÜST-nin məlumatına görə, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı dekabr ayından dövr edir.