Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"RegionTV.info"nun məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Xankişiyev Rövşən Nizami oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.
Xəbəri paylaş