Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Fədayə ilə əlaqə saxlamasam belə, o, həmişə mənim qəlbimdədir...”






Müğənni Tacir Şahmalıoğlu keçmiş duaet ortağı Fədayə Laçının Rusiyada yaşamağa qərar verməsinə münasibət bildirib. 

T.Şahmalıoğlu açıqlamasında bir neçə ay öncə Fədayə xanımla əlaqə saxladığını bildirib:

“Karantin rejimi olduğu üçün baş elə qarışıqdı ki, heç kimlə əlaqə saxlaya bilmirəm, amma bir neçə ay öncə Fədayə xanımla əlaqə saxlamışam. Mart və aprel ayında Fədayə xanımla telefon danışıqlarımız olub. Moskvadan dostlarımız gəlib-gedir və onlar deyirlər ki, Fədayə xanımı gördük, yaxşıdır. Deyilənə görə orda iş var, təki işləsin. Fədayə yaxşı sənətkardı, dostdu. Qadın olmağına baxmayaraq Fədayə kişi kimi qadındı, onun kişi kimi jesti var. Mən onu çox istəyirəm. Onunla əlaqə saxlamasam belə, Fədayə həmişə qəlbimdədir”.

Xatırladaq ki, müğənni Fədayə Laçın bir neçə gün öncə saytımıza açıqlamasında sənətiylə bağlı Moskvada yaşayıb, işləyəcəyini bildirmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də