
"RegionTV.info" xəbər verir ki, rayonda fəaliyyət göstərən taksi, eləcə də iritutumlu avtobus sürücüləriylə profilaktik söhbətlər aparılıb.
Tibbi maskadan istifadə etməyən vətəndaşların və sürücülərin bəzilərinə xəbərdarlıq edilib.
Reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 15-ə yaxını qayda pozuntuları müşahidə edildiyindən İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq cərimələnib.
Reydin keçirilməsində əsas məqsəd “COVİD-19” infeksiyasına qarşı mübarizənin gücləndirilməsidir. Ağsu rayon yol polisi əməkdaşlrı tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq keçirilir və ilin sonuna kimi davam edəcəyi bildirilir.