Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bayramov Anar Məhərrəm oğlunu özünə müşavir təyin edib.
"RegionTV.info" xəbər verir ki, Sahil Babayevin yeni müşaviri bu vəzifəyə qədər "A-Group” Sığorta Şirkətinin direktoru olub.
Məlumat üçün bildirək ki, Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən "MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən "A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildən "A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədridir.
Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.
Xəbəri paylaş