Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

"RegionTV.infonun  məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy koronavirus testi müsbət çıxdığı üçün yarışı buraxacaq.

Daha əvvəl 73 kq-dakı Rüstəm Orucovun infeksiyaya yoluxduğu üçün yarışa yollanmayacağı bəlli olub.

Azərbaycanı Avropa çempionatında 9 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də