Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan şirkətləri Ukraynada özəlləşdirilmə prosesində iştirak edə bilər

Ukraynanın Baş nazirinin müavini Aleksey Reznikovun başçılığı ilə bu ölkənin hökumət rəsmilərinin Bakıya səfəri çərçivəsində Ukraynanın infrastruktur naziri Vladyslav Krykli Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşüb.

"RegionTV.infonun Ukraynanın Azərbaycandakı səfirliyindən əldə etdiyi məlumata görə, görüş zamanı iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının protokol qərarlarının icrasına dair cari audit keçirilib.

“Birgə hökumətlərarası komissiyasının fəaliyyəti energetika, kənd təsərrüfatı, avtomobil daşımaları, turizm və hər iki ölkənin dövlət müəssisələrinin özəlləşdirilməsi sahələrində iqtisadi əməkdaşlığın əsas istiqamətləri üzrə praktiki işlər qeyd olunub.

Hökumətlərarası səviyyədə əsas vəzifə xarici ticarət əməliyyatlarının, investisiya fəaliyyətinin inkişafına, funksional və sahə layihələrinin həyata keçirilməsinə dəstək vermək üçün hərtərəfli işlərin davam etdirilməsindən ibarətdir. Tərəflərin məqsədyönlü tədbirləri xarici iqtisadi fəaliyyətin kəmiyyət göstəricilərinin və hər iki ölkədə biznes mühiti üçün xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. İnvestorların energetika, nəqliyyat sahələri ilə yanaşı iqtisadi əməkdaşlığın digər sahələrində gələcək fəaliyyəti müəyyən edilib”, - deyə açıqlamada bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də