
"RegionTV.info" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva nazirliyin Qubadlı rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarsında yağıntıların kəsilməsi gözlənilir:
"Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".