Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident: "Ermənistanın məqsədi Azərbaycan irsini məhv etmək idi"

“Torpaqlarımız 30 il işğal altında olub. Yaxınlarını itirmiş, ata-baba torpaqlarında yaşamaq hüquqlarından məhrum olmuş şəxslərin xatirəsini yaddaşımızdan silə bilmərik”.

"RegionTV.info"   xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejiminin liderləri tərəfindən törədilmiş Xocalı soyqırımını, onun qurbanlarını heç vaxt unuda bilmərik. Bu, yaddaşımız üçün çox vacibdir, bunu qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda, gələcəyə baxmalıyıq.

Lakin işğal altında olmuş ərazilərdəki dağıntılar ən pis gözləntilərimizi üstələdi, çünki az-çox Ermənistanın bu torpaqlarda nə işlə məşğul olduğu barədə məlumatlı idik, bu torpaqları ziyarət edən beynəlxalq nümayəndələrdən müəyyən məlumatlar, foto və video kadrlar alırdıq”, - İlham Əliyev deyib.

Dövlət başçısı bundan əvvəl Dağlıq Qarabağa qanunsuz səfər etmiş əcnəbilərin hazırda beynəlxalq təşkilatlar və media nümayəndələrinin ziyarət etdikləri ərazilərə getmək imkanlarından məhrum olduğunu da qeyd edib.

“Ermənistan hökuməti xaricilərin Birinci Qarabağ müharibəsindən sonra dağıntıları və azərbaycanlılara qarşı törədilmiş nifrəti görməsini istəmirdi. Çünki müharibə zamanı bütün şəhərləri məhv etmək mümkün deyildi. Onları tədricən dağıdırdılar ki, bu torpaqlarda Azərbaycan irsini, mədəniyyətini məhv etsinlər, bu torpaqları yaddaşımızdan silsinlər, bu torpaqların mənsubiyyətini dəyişdirsinlər”, - Prezident vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də