Çinə məxsus 22 hərbi təyyarə Tayvanın hava məkanını pozub.
"RegionTV.info" xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, Çin təyyarələrinin bölgədən uzaqlaşdırılması üçün Tayvan qırıclarını havaya qaldırıb. Bundan əlavə, müdafiə sistemləri işə salınıb. Nazirlik Çin təyyarələrinin təxribatlar törətməyə davam etdiyini bəyan edib.
Maraqlıdır ki, bu hadisə ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Çinə Tayvanla bağlı xəbərdarlıq etməsindən sonra baş verib. Diplomat bildirib ki, Tayvanla bağlı status-kvonun güc yoluyla dəyişdirilməsinə cəhd edilməsi böyük səhv olacaq.
Xəbəri paylaş