Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib."RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 12 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.


