Kürdəmirdə atasına yas mərasimi təşkil edən rayon sakini saxlanılıb.
"RegionTV.info" xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırdapay kənd sakini Süleymanov Famil Əlibaba oğlunun atasına yas mərasimi təşkil etdiyi məlum olub. Famil Süleymanov saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı toplanmış məlumata hüquqi qiymət verilməsi üçün iş Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.
Xəbəri paylaş