Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvan onları Qarabağa bu cür gətirib – Şok təfərrüat






Ermənistan İraq təşkilatlarının liderləri ilə cari ilin yayında razılaşma imzalayıb.

Bu məlumatı “Haqqin.az” saytı öz mənbələrinə istinadən yayıb. Məlumata görə, razılaşmanı Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan hazırladıb. Müqaviləyə əsasən, Dağlıq Qarabağda PKK terror təşkilatının döyüşçüləri yerləşdirilməlidir.

Sayt Poladyanın bunun üçün dəfələrlə İraq Kürd Muxtar Vilayətinə getdiyini bilidirib. İyul ayındakı səfərlərdən biri zamanı isə muxtar vilayətin rəhbəri Nəçirvan Bərzaninin göstərişi ilə onun müşavirləri kürd döyüşçülərinin Qarabağa yollamaq üçün kanal yaratmağa kömək edə bilməyəcəklərini açıqlayıblar. Ərbildən istədiyini ala bilməyən səfir PKK-nın dayağı sayılan Süleymaniyyəyə gedib. Burada ona İrandan keçərək İraqa gələn erməni xüsusi xidmət orqanları və hərbi kəşfiyyatının nümayəndələri qoşulublar.

Poladyan burada Bərzaninin rəqibi sayılan və Türkiyəyə düşmən münasibətiylə seçilən Cəlal Təlabaninin Kürdistan Vətənpərvərlər İttifaqı ilə əlaqələr qurmağı bacarıb. Rusiya ilə yaxşı münasibətləri olan partiya sayəsində səfir PKK ilə ünsiyyət yaradıb. Bu əlaqələrin qurulmağında səfirə Rusiya universitetlərindən birinin məzunu olan, Cəlal Təlabaninin qohumu Araz Şeyx Cəngi Təlabani kömək edib.

Təlabanilərlə aparılan danışıqlardan sonra Poladyan iyulun sonu Süleymaniyyədəki “High Crest” otelində erməni deputatlarla Təlabani klanının görüşünü təşkil edib. Görüşdə Cəlal Təlabaninin oğlu Bafel Təlabani, Kürd Kəşfiyyat Xidməti “Zanyari”nin rəhbəri Laxur Şeyx Cəngi Təlabaninin (SEPAH-la əlaqələri olduğu güman edilir) də iştirak etdiyi vurğulanıb. PKK döyüşçülərinin Qarabağa göndərilməsi məsələsində razılıq əldə edilməsindən sonra erməni deputatlar İraqı tərk ediblər, amma Ermənistan əvəzinə İrana gediblər.

Bundan sonra İraqın şimalındakı PKK döyüşçüləri Süleymaniyyədən Qala-Çivan, Pəncivin, Arbat-Ava, Diala və Başmax yaşayış məntəqələrini keçərək, İraq-İran sərhədindəki Seyran-Band şəhərinə gəliblər. Sərhədi keçən döyüşçülər İranın Saqqiz yaşayış məntəqəsinə çatıblar. Buradan isə SEPAH-ın vasitəçiliyi ilə avtobuslara mindirilərək, Kirmanşahdan keçməklə Ermənistan və Qarabağ istiqamətində yola salınıblar.

Bəzi mənbələr bu kürd döyüşçülərinin sayının bir neçə min nəfər olduğunu açıqlayıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də