
"RegionTV.info" xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə vəzifəsi Ramil Bayram oğlu Əhmədova həvalə edilib.
Ramil Əhmədov 1994-cü ildə Bərdə şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr pilləsini bitirib.
2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə, 2014-cü ildə Gənclər Şurasına üzv qəbul edilib. 2013-cü ildə Prezident Təqaüdünə, 2015-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”na layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il Sərəncamıyla Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə “Zaman Tuneli” kitabı nəşr olunub. Həmin kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində Türkiyədə nəşr olunub. 2018-ci ildə ədəbi analtik esselərdən ibarət “İki şəhərin yazıları” adlı kitabı işıq üzü görüb.