Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

"RegionTV.info"   xəbər verir ki, qanuna əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşib. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 596.4-cü maddədə əksini tapıb.

Qeyd olunub ki, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də