Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - VİDEO

Azərbaycanlı “qanuni oğru” Əli Heydərov Moskvada qətlə yetirilib.

"RegionTV.info   xəbər verir ki, “Albert Rıjiy” ləqəbi ilə tanınan kriminal avtoriteti fitnes mərkəzində güllələyiblər.

Killer Əli Heydərovun kürək nahiyəsindən atəş açıb.

Hadisə bu gün günorta saatlarında baş verib. Qətl zamanı yaxınlıqda criminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən  alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.
[media=https://youtu.be/20emntQ1gcM]

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də