Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda 18 yaşlı azərbaycanlı qız itkin düşüb

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini olan 18 yaşlı azərbaycanlı Nərmin İsayeva itkin düşüb.

"RegionTV.info xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, qız evi tərk etməsini anasına mesaj vasitəsilə bildirib, lakin səbəbini və hara getdiyini açıqlamayıb.

Ailə üzvlərinin sözlərinə görə, N.İsayeva 6 ay bundan öncə qonşu kənddə yaşayan gənclə nişanlanıb və toy yaxın günlərə planlaşdırılıb. Onlar qızın nişanlanmasına etiraz olaraq evdən qaçdığını istisna ediblər.

Valideynləri qızın başqa gənc tərəfindən qaçırıldığını ehtimal edirlər. Lakin hazırkı mərhələdə bunu sübut edən fakt yoxdur.

N.İsayevanın ailəsi məsələ ilə bağlı polisə müraciət edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də