
"RegionTV.info" xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Süleyman Kamilov deyib.
O bildirib ki, koronavirus mutasiyadan sonra daha təhlükəli formaya keçib və yoluxanların vəziyyəti daha tez ağırlaşır:
Virusa yoluxmuş xəstələr temperatur yüksəlməsinin və boğulma hallarının ani və daha ağır formada baş verməsindən şikayət edirlər. Virus mutasiya fonundan sanki daha çox aqressivləşib. Xəstələrin səhhətindəki bu ağırlaşmaları artıq 3 gün ərzində müşahidə edirik.
Bundan başqa virusun ötən dalğalardakı bəzi əlamətləri bu dalğada qeydə alınmır. İyi və dadbilmə əlamətlərinin itməsi barədə olan şikayətlərlə isə artıq çox rastlaşmırıq”.