
Bir ildən çoxdur, bütün dünya COVID-19-la mübarizə aparır.
Mütəxəssislərin fikrincə, virusdan sağalan insanlarda xəstəliyin əlamətləri bir neçə ay davam edə bilər.
Qarşıdan Ramazan ayının gəldiyini nəzərə alsaq, belə bir fikir ortaya çıxır: Koronavirusa yoluxan şəxs oruc tuta bilərmi?
Professor Adil Qeybulla bildirib ki, koronavirus infeksiyasından sağalandan sonra post-COVID sindromunun əlamətləri özünü göstərir:
“Koronavirus xəstəliyi keçirən insanların oruc tutması məqsədəuyğun sayılmır”.
İlahiyyatçılar da koronavirusdan sağalan şəxslərin reabilitasiya dövründə oruc tutmasını məsləhət görmür.
İlahiyyatçı Hacı Şahin bildirib ki, ümumiyyətlə, xəstələrin oruc tutması düzgün deyil:
“Koronavirusdan sağalan, lakin əlamətləri olan şəxslər də oruc tutmaya bilər. Reabilitasiya dövründən sonra oruca davam edə bilərlər”.
Ətraflı BAKU.TV-nin süjeti təqdim edirik: