Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsinə “Ramazan ayı tədbirləri” adlı qaydalar göndərib.
"RegonTV.info" xəbər verir ki, qadağalarda karantin qaydalarına nəzarət etmək nəzərdə tutulub.
Qaydalara əsasən insanlar imsak və iftarda nə evdə, nə də evdən kənarda toplu şəkildə yığışa bilməz. Təravih namazını hərə öz evində qılacaq. Pide və çörək sifarişi iftardan bir saat əvvələ qədər bitməlidir.
Eyni zamanda, bayramla əlaqədar müqəddəs yerlərə və qəbiristanlıqlara ziyarətlərin artacağı nəzərə alınaraq ehtiyat tədbirləri görüləcək.
Xəbəri paylaş