
"RegonTV.info" xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda havaya atəş açılması səbəb olub.
İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.
Saxlanılanlar arasında Damlanın prodüseri Şamil də olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser həmçinin basqın zamanı lentə aldığı görüntüləri "Instagram" səhifəsində də yerləşdirib.