
"RegionTV.info" xəbər verir ki, nəşri muzeyə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova təqdim edib.
O, muzeyin rəhbərliyi ilə görüşüb. T.Eminova Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edən kitab haqqında muzey rəsmilərini məlumatlandırıb: “Muzey rəhbərliyi ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən xəbərdardılar. Bu səbəbdən də kitabın muzeyə hədiyyə olunmasını yüksək qiymətləndirdilər”.
Qeyd edək ki, ABŞ-ın bir neçə böyük şəhər və ştatında fəaliyyət göstərən “Holokost Xatirə Muzey”lərini hər il on milyonlarla insan ziyarət edir.


