Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bərdədə yol polisi reyd keçirdi, qaydaları pozan sürücülər cərimələndi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində reyd keçirib.

"RegionTV.infoxəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, reyd zamanı piyada keçidlərində piyadalayra yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb.

Qayda pozuntusuna yol verən həmin sürücülərlə aparılan söhbətlər zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb. Sürücülərlə yanaşı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə sürücü və piyada barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də