
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Arif İsimxanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
A.İsimxanov barəsində Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.