Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qardaşı “Quli klanı”nın parçalanmasının qarşısını aldı - yeni qan üçün barışıq...






Avqustun 19-da Antalyada qətlə yetirilən “qanuni oğru” Quli Bakinski ləqəbli Nadir Səlifovun nəzarət etdiyi biznes sahələrinə nəzarət uğrunda mübarizə başlaması haqda iddialar  təsdiqlənmədi. Ötən yazılarımızda da qeyd etmişdik ki, Qulinin imperiyasının kimlərsə tərəfindən bölünməsi, hətta düşmənlərinin nəzarətinə keçəcəyi barədə iddialar inandırıcı deyil. Çünki Qulinin biznes imperiyasını illərdir ki, onun qardaşı-2013-cü ilin avqustunda “qanuni oğru” statusu almış Namik Bakinski kimi tanınan Namik Səlifov yönəldir.

1976-cı ildə Dmanisidə doğulan Namik Səlifov “taclandırıldıqdan” sonra Bakinski ləqəbi götürüb. 2013-cü ildə Türkiyədə (bir iddiaya görə isə İspaniyada) “taclandırılan” Namik Səlifovun  Quli həbsdə olarkən onun kriminal aləmdə mövqeyinin möhkəmlənməsində rolu olub. Namik Səlifov   1996-cı ildə qardaşı Nadirlə Bakı şəhərində yerləşən və Bayıl həbsxanası adlandırılan SİZO-1 divarlarının arasına düşüb. Həmin ilin fevralında qardaşlar Şüvəlan SİZO-3-ə köçürülüb, lakin orada uzun müddət qalmayıblar və 1996-cı il fevralın son günlərində Bakıdakı İTK-1-ə gətiriliblər və haqlarında hökm elan olunan günə qədər orada qalıblar. Səlifovlar bir sıra cinayətlərdə ittiham olunurdular. Nadir və Namik 1996-cı ilin noyabrında Azərbaycan Ali Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Namik 2001-ci ilin aprelində vaxtından əvvəl azadlığa buraxılıb.

Lotu Qulinin kriminal biznesi bu şəxsə həvalə edildi - Fotolar
Onun Qulinin varisi olacağı haqda xəbərlərdən sonra  Namik Səlifovun “vor” titulundan məhrum edilməsinə dair KİV-lərə ötürülən “proqon”un  saxta olduğu üzə çıxıb. Xatırladaq ki, həmin “proqon”un altında Şakro Molodoy ləqəbli Zaxari Kalaşov başda olmaqla, bir sıra “qanuni oğruların” adları yer almışdı. Lakin məlum oldu ki, həmin “proqon” bir il əvvəl olub və daha sonra “qüvvəsini itirib”. Namikin Qulinin kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu “sənəd” ortaya atılıb.


Qulinin yüksək avtoritetini qəbul edən Namik illərdir onun kölgəsində qalmağa məhkum idi. Namik qardaşına nisbətən barış və kompromisə meyllidir.

 Məlumdur ki, Quli klanında  yer alan 36 yaşlı Maxar Qvaramiya (Matsi) və Ded Xasannın klanına daxil olmuş 63 yaşlı “qanuni oğru” Merab Mzarelua (Duyaka) üz-üzə gəlmişdi. Bu isə “Quli klanında parçalanma” kimi izah edilirdi. Gürcü “oğru”lar bir-birini “Lotu Quli”yə xəyanət etməkdə ittiham edirdilər.  Primecrime.ru saytı  yazır ki, Namik Səlifov onları bir yerə toplayaraq barışdırıb. Bu isə Lotu Qulinin imperiyasına məhz qardaşının başçılıq edəcəyini bir daha təsdiq edir.

Gözlənilən oldu: Lotu Quli klanının başına qardaşı keçdi » Reportyor.az
“Hakim kimi çıxış etmək və ”oğru"ları barışdırmaq böyük nüfuzun göstəricisidir. Əslində Namiq Səlifovun uğurlu vasitəçilik missiyası onun qardaşının klanına başçılıq etdiyini və hakimiyyəti nə Matsitə, nə də Mzareluaya verməyəcəyindən xəbər verir", - deyə məlumatda bildirilir. O da bildirilir ki,   ömrünün yarısı boyunca həbsdə oturan və heç vaxt böyük “oğru  yığıncaqlarda” iştirak etməyən və bir çox “oğru”nu şəxsən tanımayan Qulidən fərqli olaraq Namik bu mövzunu yaxşı bilir. Namik 2000-ci illərin əvvəllərindən bəri Rustavili “oğru” Raul Kiriyanın “şagirdi” sayılır. Namik hələ də “Oniani-Canqveladze klanı” ilə barışmaz qarşıdurmada olan Laşa Şuşanaşvili ilə ən yaxın münasibətlərini davam etdirir.

O da bildirilir ki,  Merab Canqveladze Namikə başsağlığı verib dostluq əlini uzatsa da, Namik Şuşanaşviliyə xəyanət etməyəcək. 2012-ci ildə bütün gələcək “Quli klanını”  Türkiyəyə aparan  Namik olduğundan klanda da ona alternativ yoxdur. Amma görünən odur ki, tezliklə o da dost və düşmənlərin sırasını müəyyənləşdirəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də