Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.
"RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.
Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
QALEREYA
Xəbəri paylaş