Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı - VİDEO

Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb.

"RegionTV.info"  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də