Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Füzulidə “tok”la balıq tutan erməni o dünyalıq oldu...






Azərbaycanın 28-ci ildir işğal altında qalan Füzuli rayonunda sülənən ermənilərdən  biri elektrik cərəyanı vasitəsilə balıq tutarkən ölüb.

Ermənistan mediasının yaydığı məlumata görə, hadisə rayonun  “Zarqar” adlandırılmış Zərgər kəndi yaxınlığından axan Quruçay sahilində baş verib.

“Martuni” adlandırılmış Xocavənd rayonunun sakini sayılan 64 yaşlı  R.X.-nın benzin generatoru ilə əldə etdiyi elektrik cərəyanının köməyi ilə qeyri-insani bir formada balıq tutarkən ölməsi haqda informasiya qanunsuz erməni “polisi”nə sentyabrın 15-i gündüz  saat 16:30-da daxil olub. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də