Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həkim məsləhəti: qanı dərmansız necə təmizləmək olar?

Tibb işçilərinin qənaətinə görə, qida rasionunda maqneziumun miqdarının artırılması ağır dərman preparatları olmadan qan damarlarının xolesterindən təmizlənməsinə səbəb olur.

"RegionTV.info"   xəbər verir ki, adı çəkilən mineralın təsiri altında hətta ürəyin işi də yaxşılaşa bilər.

Maqneziumla zəngin qidalar plazmada xolesterinin ümumi miqdarının azalması sayəsində ürəyin müdafiəsi funksiyasını yerinə yetirə, həmçinin qanda askorbin turşusunun səviyyəsinin artmasına səbəb ola bilər.

Həkimlər bildirirlər ki, maqneziumun səmərəsi şəkərli diabetə tutulmuş siçovullar üzərində aparılmış təcrübələr zamanı yoxlanılıb. Məlum olub ki, bu mineralın təsiri statinlərin təsiri ilə müqayisə oluna bilər. Belə ki, maqnezium "pis" xolesterinin damardaxili çökməsinin qarşısını alır. Bu mikroelementin çatışmazlığı isə xolesterinin intensiv yaranması ilə səciyyələnir.

Odur ki, ekspertlər tərkibində maqnezium olan məhsullardan - banan, əncir, qoz, günəbaxan tumundan istifadə etməyi tövsiyə edirlər. Mütəxəssislər xatırladırlar ki, orqanizmin kifayət qədər maqnezium alması həmçinin qan təzyiqinin tənzimlənməsi üçün vacibdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də