
"RegionTV.info"nun məlumatına görə, dövlət başçısı bildirib ki, Türkiyə iki ölkə arasındakı zidiyyətlərin həlli üçün səylər göstərir.
"İstərdik ki, bölgəmizin sakit və təhlükəsiz gələcəyi naminə Rusiya və Ukrayna öz aralarındakı ziddiyyətləri mümkün qədər tez bir zamanda danışıqlar və sülh yolu ilə həll etsin. Biz də bu yolda səylər göstəririk”, - deyə R.T.Ərdoğan Dolmabağça iqamətgahında Beynəlxalq Demokratlar Birliyinin Qadın və Gənclik təşkilatı nümayəndələri qarşısında çıxış edərkən qeyd edib.