Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda koronavirusa daha 2 414 yoluxma qeydə alınıb, 36 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

"RegionTV.info"  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 36 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 285 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 370 nəfər təşkil edir.

on sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 248, bu günə qədər isə ümumilikdə 3 018 445 test icra olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də