
İsmayıllıdan olan misgər nəhəng samovar hazırlayıb. Samovarın hündürlüyü 2,2 metr, çevrəsinin uzunluğu isə 3 metrdir. Hazırlanmasına isə 6 ay vaxt sərf olunub.
İnsandan hündür samovar hazırlayıb.
Bu nəhəng samovarı İsmayıllının Lahıc qəsəbəsindən olan misgər Kəbleyi Əliyev ərsəyə gətirib. Misgərliyin sirrini nəsildən-nəslə ötürən sənətkar bu cür yeniliklə də tarixdə qalmaq istəyib.
Samovarın hündürlüyü 2,2 metr, çevrəsinin uzunluğu isə 3 metrə bərabərdir. 250 litr su tutan samovarın odluğuna 10 kiloqrama yaxın kömür yerləşir. Qaynaması üçün isə 1 saata yaxın vaxt lazımdır. Samovarın hazırlanmasına 3 kvadratmetr mis və 1,3 kvadratmetr aliminium lövhə sərf olunub. Milli ornamentlərlə bəzədilməsi də görənlərin marağına səbəb olur.
Samovarın hazırlanmasına 6 ay vaxt sərf olunub.