Türkiyə Ay missiyası üçün nəzərdə tutulan hibrid raket mühərrikini uğurla sınaqdan keçirib.
“RegionTV.info” xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank deyib.
“Milli kosmos proqramı çərçivəsində Ay missiyasının birinci mərhələsi olan sərt eniş üçün hazırlıqlarımız davam edir. FireSonda (SORS) raketinin mühərrik qurğusu və RocketHibrit mühərrikinin testi uğurla nəticələnib”, - deyə nazir bildirib.
Xatırladaq ki, fevralın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramın inkişafı planlarını ictimaiyyətə açıqlayıb. Bu proqram 2023-cü ildə Aya raket göndərilməsini nəzərdə tutur. Türkiyə liderinin sözlərinə görə, Ay səthinə sərt eniş cümhuriyyətin 100 illik yubileyində həyata keçməlidir.
Ay missiyası üçün hibrid raket Türkiyənin Delta V müəssisəsində işlənib hazırlanır.
Xəbəri paylaş