Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəxslər peyvənd oluna bilməz - DİQQƏT

Xroniki allergiyanın kəskinləşməsi zamanı insanlar koronavirusa qarşı peyvənd oluna bilməzlər.

"RegionTV.info"   xəbər verir ki, bu barədə rusiyalı immunoloq Nadejda Loqinina danışıb. Onun sözlərinə görə, peyvənd yalnız sabit remissiya dövründə, bədəndə patoloji proseslər olmadığı zaman edilə bilər.

"Allergiya halında ödem istənilən orqanda və istənilən toxumada lokallaşdırıla bilər. Mədə-bağırsaq traktının, yuxarı tənəffüs yollarının, ağciyər və beyin toxumasının ödemi ola bilər. Allergik reaksiyalara laqeyd yanaşmaq olmaz. Bunlar peyvənd üçün ciddi əks göstəriş olan xroniki xəstəliklərdir", - ekspert Zvezda TV kanalına açıqlamasında bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də