
"RegionTV.info" xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu son günlər bəzi məhsulların bahalaşması barədə bildirib.
Ekspert “Azərsun” bitki yağlarının qiymətlərini artımı əsasında bahalaşmaya aydınlıq gətirib:
“Əvvəlki qiyməti 3,20 manat olan 1 litr "Evim" günəbaxan yağı hazırda 3,58 manata, 3,16 manat olan 1 litr "Final" günəbaxan yağı hazırda 3,51 manata, 4,02 manat olan 1 litr "Möcüzə" günəbaxan yağı 4,47 manata qalxıb. Hər 3 məhsulda son bahalaşma səviyyəsi 11 faizdir. Bu qiymətlər son deyil, "Azərsun"un qiymətləridir, onun üzərinə mağazalar da əlavələrini edirlər”.
Q.İbadoğlu bu prosesin əksər qida məhsullarında getdiyini vurğulayıb.